XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 10:05

Azərbaycan aqrar məhsulların idxalını 17% azaldıb –Gömrük Komitəsinin sədri

Bu ilin ilk üç ayında aqrar məhsulların idxalı 17% azalıb.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Gömrük Xidmətinin rəsmiləri ilə meyvə-tərəvəz məhsullarının Azərbaycandan Rusiya ərazisinə keçirilməsi məsələləri ilə bağlı Bakıda keçirilən danışıqlarda deyib.

A.Əliyev həmçinin ixracın artıdığını deyib: "Ötən ilə nisbətən bu il ixrac 73% artıb. Məhsullarımız təkcə Rusiya deyil, Ukrayna və Qazaxıstana ixrac edilir".

Komitə sədri Azərbaycan fındığının isə daha uzaq ölkələrə göndərildiyini deyib: "Azərbaycanda quru meyvələrin hazırlanması üçün avadanlığın alınmasına 150 mln. manat güzəştli kredit verilib. Ölkədən ixrac edilən bütün məhsullar yoxlanır. Yalnız ötən ilin əvvəlində 300 kq-a qədər Türkiyə pomidoru Rusiya ilə sərhəddə saxlanılıb".(Report)