XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 10:20

Banan niyə bahadır? –Onu ölkəyə gətirmək cəmi 60 sentə başa gəlir

Azərbaycanda bananın qiyməti yanvara nisbətən iki dəfədən çox artaraq 3,5 manat/kq olub.

Heç kim bu qidalı məhsulun belə sürətlə bahalanmasının səbəbini izah edə bilmir.

İqtisadiyyat Nazirliyinin Antiinhisar departamenti susur. Dünya bazarında, o cümlədən bananın idxal edildiyi Ekvadorda qiymət sabit qalır və artım üçün səbəb ola bilməz.

Ölkəyə gətirilən yaşıl bananların tonu 250-300 dollara və ya kq-ı 25-30 sentə gətirilir. Nəqliyyat xərcləri 18 sentə yaxındır. Gömrük rüsumu 36%-dir, bu isə əlavə 12 sent deməkdir. Yəni  Bakıda təhvil verilməklə 1 kq  banan 60 sentə başa gəlir. Tədarükçü və pərakəndə satışçıların mənfəəti də nəzərə alınsa, banan 1 dollar və ya 1,8 manat olmalıdır, amma 3,5 manata satılır.

2016-cı ildə Azərbaycana 17,880 mln dollarlıq 21515 ton banan tədarük edilib. Yəni 1 kq/0,90 dollar təşkil edir.

Azərbaycanda ildə bir nəfərə 2,3 kq banan düşür. Amma Avropada bu göstərici 10 kq, Rusiyada 8,3 kq-dır. 

Bananın qiyməti problemi əbədi mövzudur və diaqnozu inhisarçılıqdır. Banan çox faydalı meyvələrdəndir. Onun tərkibində beta-karotin, pektin, В1, В2, В6, С, РР vitaminləri, eləcə də kalium, kalsium, maqnezium, dəmir, ftor, fosfor, natrium, fruktoza və sellüloz var. Baban yemək ürək damarlarına yaxşı təsir edir, «pis» xolesterini azaldır, mədə-bağırsaqların işini yaxşılaşdırır. Banan ovqatı yaxşılaşdırır, stressin profilatikasına kömək edir.

Amma bu faydalar azərbaycanlıların cibinə görə deyil. (Turan)