“Bu gün iqtisadi baxımdan Türkiyə məhsullarının Azərbaycan vasitəsi ilə Rusiyaya satışı qeyri-səmərəlidir”.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, DGK Azərbaycandan ixrac edilən məhsullara görə cavabdehlik daşıyır: "Danışıqlar əsasında Rusiyadan gələn qonaqlar bir daha başa düşdü ki, biz Azərbaycan ərazisindən qeyri-Azərbaycan məhsullarının Rusiyaya ixrac edilməsinə imkan verməyəcəyik".