XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 10:55

“Qara bazar”da dollar sürətlə ucuzlaşır

Valyuta hərracı öncəsi “qara bazar”da dollar sürətlə ucuzlaşmağa başlayıb.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.67 manata, satışı 1.69 manata düşüb. Bu isə son iki gündə manatın 2,3 %-dək bahalaşması deməkdir. “Qara bazarda” bu məzənnə sonuncu dəfə mart ayının əvvəlində qeydə alınmışdı.

“Dollar alverçiləri”nə bildirilib ki, bu gün keçiriləcək növbəti valyuta hərracında dolların yenidən ucuzlaşacağı gözlənilir. Bu da ABŞ valyutasının hazırki fərdi satış məzənnəsinə təsir edib.

Qeyd edək ki, ötən gün “qara bazar”da dollar 1.68 manata alınıb, 1.70 manata satılırdı.