XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 10:59

Azərbaycanda istehsal olunan pomidorun 25 faizi Rusiyaya ixrac edilib

Azərbaycanda ötən il ərzində istehsal olunan pomidorun təqribən 20-25 faizi Rusiyaya ixrac edilib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev meyvə-tərəvəz məhsullarının Azərbaycandan Rusiyaya keçirilməsi məsələləri ilə bağlı danışıqlarda deyib.

S.Babyev qeyd edib ki, ötən il Azərbaycanda 517 min tondan çox pomidor istehsal olunub: "Bunun 100 min tondan çoxu Rusiyaya ixrac olunub. Yəni istehsal olunan pomidorun təqribən 20-25 faizi Rusiyaya tədarük edilib".