XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 14:30

«Russkiye Yarmarki» bütün Rusiyanı əhatə edəcək

 

Rusiyanın bütün ərazisində ticarət meydançaları təşkil etməklə məşğul olan «Russkiye Yarmarki” şirkətinin təsisçisi əslən Azərbaycandan olan “ZAR” şirkətlər qrupunun rəhbəri Akif Gilalovdur.

Strateq.az bildirir ki,  «Russkiye Yarmarki»nin məqsəd müasir Rusiyanın ərazisində yarmarka ticarətinin ənənəvi təzahürlərini yenidən dirçəltmək və inkişaf etdirməkdir. Onun aktivlərinə ofis və ticarət mərkəzləri daxildir.

 «ZAR» şirkətinin sahibi Rusiyanın tanınmış iş adamı Akif Gilalov həmçinin bir sıra dövlət şirkətlərində səhmdar olmaqla bərabər İsveçrənin “West-East Alliance” şirkətinin də sahibidir.

“West-East Alliance” şirkətinin aktivlərinə ən iri volfram yatağı (Uralvolfram), həmçinin qızıl, qurğuşun və sink çıxarmaqla məşğul olan “СибЦветМетЗолото” dağ-mədən şirkəti daxildir.