XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 15:55

SOCAR əlavə qaz almaq üçün Rusiya ilə danışıqlar aparır –Açıqlama

SOCAR və "Qazprom" şirkətləri Rusiyadan Azərbaycana illik qaz nəqlini 3-5 mlrd. kubmetr artırılması ilə bağlı danışıqlar aparır.

 RNS xəbər verir ki, bu barədə SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri Fərid Cəfərov bildirib. Onun sözlərinə görə, hazırda tərəflər arasında bununla bağlı müzakirələr aparılır.

Xatırladaq ki, 2016-cı ilin yayında "Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, SOCAR Rusiya şirkətindən əlavə olaraq 3-5 mlrd. kubmetr həcmində təbii qaz almaqda maraqlıdır. Bundan əvvəl isə şirkətlər illik 2 mlrd. kubmetr həcmində təbii qazın nəqli ilə bağlı razılığa gəliblər. (APA)