XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 20:12

Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir

İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Sankt-Peterburqda Azərbaycan və Rusiyanın Sankt-Peterburq hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq komissiyasının ilk iclasında bildirib. 

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla 170-dən çox sənəd imzalanıb.

“Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10,5 faiz artmaqla 2 milyard dollar təşkil edib. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir”,-  Sahib Məmmədov qeyd edib.