XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 11:14

Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları üzrəhərrac keçiriləcək

Aprelin 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Azərtac-a bildiriblər ki, istiqrazların ümumi həcmi 35 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 15 faizdir. İstiqrazlar 2019-cu il aprelin 9-da ödəniləcək. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.