XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 11:19

“Elektron imza” ilə elektron qaimə əldə etmək sadələşib –Açıqlama

"Elektron imza" ilə elektron qaimə əldə etmək sadələşib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.

Bunun üçün vergi ödəyicisi  onlayn rejimdə Vergilər Nazirliyinin saytından “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olmalıdır. Daha sonra, zəruri məlumatları daxil edərək onlayn rejimdə elektron qaimə-fakturası tərtib edilib digər tərəfə təqdim edilir.

Eyni zamanda, vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatı vasitəsi ilə oflayn rejimdə də qaimə-fakturası tərtib edərək göndərə bilər:

Bunun üçün “Elektron Faktura Tərtibatı Proqramını” – eFP 1.1.3 versiyanı və digər zəruri proqramları http://www.e-taxes.gov.az saytından kompüterə yükləmək lazımdır. Beləliklə, vergi ödəyicisi tələb olunan qaimə-fakturaları bu proqram vasitəsi ilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını “E-imzalayıcı” və ya "Asan DOC" client proqramı vasitəsi ilə imzalayır. Qeyd edək ki, həmin proqramları http://www.e-imza.az və http://www.asanimza.az saytlarından yükləmək olar.

Sonda gücləndirilmiş elektron imza vasitələrindən birini, “Elektron imza” və ya “Asan İmza” ilə Vergilər Nazirliyinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olaraq, imzalanmış “edoc” və ya “adoc” tipli faylı “Paket göndər” düyməsi vasitəsi ilə sistemə yükləmək lazımdır.

Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya/nömrələr verilir və qarşı tərəfin elektron poçtuna göndərilir.

Eyni zamanda, qarşı tərəf “Elektron imza” və ya “Asan imza” vasitəsi ilə göndərilmiş elektron qaimə-fakturanı bir neçə saniyədə təsdiqləyə bilir.

İSTİFADƏÇİ TƏLİMATI – http://www.taxes.gov.az/uploads/2017/EQF/EQF.pdf

LAZIMLI PROQRAMLAR – https://www.e-taxes.gov.az/dispatcher?menu=evhf&submenu=4&nav=evhf

Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları 

APA