XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 12:55

 “Günay Bank”ın yeni filial və şöbəsi açıldı –Palata qərar verdi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası "Günay Bank” ASC-nin "5 saylı” filialının və "5 saylı” şöbəsinin açılması ilə bağlı qərar verib.

Strateq.az Palataya istinadən xəbər verir ki, Direktorlar Şurasının iclasında sözügedən bankın filial və şöbəsinin açılması ilə əlaqədar daxil olmuş müraciətə baxılaraq, "Günaybank” ASC-nin Nəsimi rayonu, Şamil Əzizbəyov 185 ünvanında yerləşəcək "5 saylı” filialının və Nəsimi rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 4 ünvanında fəaliyyət göstərəcək "5 saylı” şöbəsinin açılmasına icazə verilib.