XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 11:45

Nazir müavini:"Azərbaycanın qeyri-neft ixracı 30 faizdən çox artıb"

2017-ci ilin birinci rübündə Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 32,5 faiz artıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən "Caspian Energy 2017" 4-cü beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, göstərilən dövrdə Azərbaycandan sənaye mallarının ixracı 25 faiz artıb.

Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti tərəfindən yürüdülən iqtisadi siyasətin əsas məqsədlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, ixrac potensialının genişləndirilməsi və qeyri-neft sektoru məhsullarının ixrac həcminin artırılmasıdır.

S.Babayev əlavə edib ki, son bir ildə Azərbaycanda investisiyaların təşviqi mexanizmi çərçivəsində dəyəri 1,2 milyard manatdan çox olan 121 layihəyə investisiya təşviqi sənədi təqdim edilib.