XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 13:14

İlin birinci rübündə Azərbaycandan meyvə-tərəvəz ixracı73 faiz artıb

Bu ilin üç ayı ərzində Azərbaycandan ixrac olunan meyvə-tərəvəzin həcmi 73 faiz artıb.

Azərtac xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakıda keçirilən IV Beynəlxalq "Caspian Energy” Forumunda çıxışı zamanı ilin birinci rübündə Azərbaycanda meyvə-tərəvəzin ixracının ötən ilin müvafiq dövrünə nisbətən 73 faiz artdığını, idxalın isə 17 faiz azaldığını bildirib.

A.Əliyev qeyd edib ki, artıq sərhəd-keçid məntəqələrində və hava limanlarında “Tax free” sisteminin tətbiqinə başlanılıb. Ölkəni tərk edən turistlər sərbəst şəkildə qəbzlərini tətbiq edib pullarını geri ala bilirlər.

Komitə sədrinin sözlərinə görə, ötən il Azərbaycan gömrük orqanlarından cəmi bir şikayət daxil olub. Bu da həyata keçirilən islahatların müsbət nəticəsini göstərir.