XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 16:27

Proqnoz:"2018-ci ilin ortalarınadək neftin qiyməti..."

Neft hasilatının azaldıması ilə bağlı OPEC və kartelə üzv olmayan neft hasilatçısı ölkələrinin 30 noyabr 2016-cı il Vyana anlaşmasının müddətini 6 ay deyil, 3 ay uzadacağı gözlənilir. 

"Report" FOREXPF.ru" saytına istinadən xəbər verir ki, bu proqnozla "Bank of America" investisiya bankı çıxış edib. 
Bankın proqnozuna əsasən, anlaşmanın uzadılmasının müsbət təsiri artıq neft qiymətlərində öz əksini tapıb. Bankın ekspertlərinin fikrincə, anlaşmanın iştirakçıları daha ehtiyatlı mövqe tutaraq prosesin necə cərəyan edəcəyini görmək istəyəcək.

"Bank of America" həmçinin Səudiyyə Ərəbistanının 2018-ci ilin II yarısında "Saudi Aramco" dövlət neft şirkətinin 5% səhmlərini qlobal fond birjalarında özəlləşdirməsi fonunda neftin qiymətinə bu tarixə qədər dəstək verəcəyini ehtimal edir.