XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 20:21

“Yunayted Kredit Bank”ınləğvetmə prosesinə başlanılıb

“Yunayted Kredit Bank” ASC-nin ləğvetmə prosesinə başlanilib. Qorunan əmanətlər üzrə kompensasiyalar ödəniləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli qərarı ilə “Yunayted Kredit Bank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmişdi. Bununla bağlı Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) 2 fevral 2016-cı il tarixində “Yunayted Kredit Bank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olaraq məktub göndərmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2016-cı il tarixli qərarı ilə bank müflis elan edilmişdi.

Qərardan “Yunayted Kredit Bank” ASC tərəfindən apellyasiya şikayəti verildiyindən bankın ləğv edilməsi və ƏSF tərəfindən qorunan əmanətlər üzrə kompensasiya ödənişlərinə başlanması mümkün olmamışdır.

15 mart 2017-ci il tarixində Ali Məhkəmədə bankın şikayət ərizəsinə yekun baxış keçirilmiş və bankın müflis elan olunması və iflas prosedurlarına başlanmasına dair əvvəlki instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılmışdır. Beləliklə, bankın 2 fevral 2016-cı il tarixinə qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsi üçün maneə aradan qaldırılmışdır.

Hazırda MBNP tərəfindən ləğvetmə prosesində olan “Yunayted Kredit Bank” ASC-nin dəyişməsi və ƏSF-nin ləğvedici təyin edilməsinə dair prosedurlara başlanılıb. Məhkəmə prosesi davam etdiyi dövrdə bankda hər hansı uçot qeydləri və əməliyyatlar aparılmadığına görə MBNP tərəfindən son maliyyə hesabatlarının inventarizasiyasına başlanılıb. Habelə, ƏSF ilə birlikdə kreditorların reyestrinin dəqiqləşdirilməsi aparılır. Bu prosesin cari ilin 14 aprel tarixinə qədər bitməsi planlaşdırılır. Əmanətçilərin reyestr məlumatları dəqiqləşdirildikdən sonra onlara qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq. ƏSF bu barədə ictimaiyyəti əlavə olaraq məlumatlandıracaq.