XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 20:55

Belarus Rusiyaya olan borcunu tam ödəyib –726 milyon dollar

Belarus 2016-17-ci illər üzrə təbii qaza görə Rusiyanın “Qazprom” şirkətinə olan 726,2 milyon dollar borcunu tam ödəyib.  

Bu barədə  “RİA Novosti”yə şirkətdən bildirilib.

“Belarus “Qazprom” şirkəti qarşısında 2016-17-ci illər üzrə Rusiya qazına görə 726,2 mln. dollar məbləğində yaranan debitor borcunu tam  ödəyib”, – deyə məlumatda bildirilir.

Beləliklə, Belarus və Rusiya bir neçə aydır davam edən neft-qaz münaqişəsini qismən nizamlamış olublar. 

APA