XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2017 - 09:40

Kaxa Kaladze:"Azərbaycan Gürcüstanın qaz tələbatını tam təmin edir”

Gürcüstan hökuməti ilə imzalanmış memorandum çərçivəsində Azərbaycanın "SOCAR" dövlət neft şirkəti Gürcüstanın sosial sektorunda fasiləsiz qaz təminatını tam şəkildə həyata keçirir”.

Bunu Trend-ə müsahibəsində Gürscüstanın energetika naziri Qaxa Kaladze deyib.

Gürcüstanlı nazir bildirib: "Azərbaycan iki boru kəməri vasitəsilə Gürcüstanın tələbatını demək olar ki, tam təmin edir. Bu qaz boruları ilə Azərbaycan Gürcüstana sutkada təxminən 10,5-11,5 milyon kubmetr qaz tədarük edir. "Şah Dəniz-2" layihəsi çərçivsəidnə bu həcmin daha da artacağı gözlənilir".