XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 10:22

Dolların ucuz olmasının səbəbi bəlli oldu –“Formula-1” və İslamiada məzənnəyə necə təsir edib? – RƏYLƏR

“Dolların ucuzlaşmasında IV İslam Həmrəyliyi Oyunları və “Formula-1" yarışlarının da təsiri var”.

Bu fikirləri aprelin 12-də Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov mətbuata açıqlamasında səsləndirib.

Deputatın fikrincə, hökumət “bahalı manat, ucuz dollar” nisbəti yaradıb ölkəyə maliyyə cəlb etmək istəyir".

V.Əhmədov hesab edir ki, dolların nisbi ucuzlaşmasına təsir göstərən daha bir səbəb aprelin 1-dən qüvvəyə minən nağdsız hesablaşmalardır. O deyib ki, maliyyə sahəsində bu siyasət uzun müddət davam edə bilməz, çünki bu xətt real sektorun inkişafına imkan vermir: “Təkcə manat qıtlığı yaratmaqla hansısa maliyyə uğuruna nail olmaq mümkün deyil. Bu xəttin nəticəsidir ki, iqtisadi aktivlik azalıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Elə bundan irəli gələrək dollara tələbatın azalması və dolların ucuzlaşması görüntüsü yaranıb”.

İqtisadçı ekspert Natiq Cəfərli beynəlxalq idman yarışlarının yaxınlaşmasının dolların ucuzlaşdırılması üçün bir əsas olduğunu bildirdi: “İslam Oyunları və ”Formula 1" yarışlarında ölkəyə turist axınının güclənməsi gözlənilir. Dolların ucuzlaşdırılmasının səbəbi turistlərdən valyutanı ucuz almaq istəyidir. Novruz bayramında Azərbaycana təqribən 30 minə yaxın turist gəlmişdi. Bu ərəfədə dollar ucuzlaşmağa doğru getdi. Nəticədə bankların turistlərdən daha ucuz dollar almağına səbəb oldu. Ola bilər ki, banklar bu inzibati qaydada süni şəkildə dolları ucuzlaşdıraraq gələn turistlərdən yenidən ucuz dolları yığmaq istəyirlər. Mərkəzi Bank da onlara yardım edir ki, bir müddət sonra dollar bahalaşdıqda bu valyutanı yüksək məzənnə ilə sata bilsinlər. Bununla da banklar heç olmasa bu yolla pul qazansınlar. Çox güman ki, bu tədbirlər bitdikdən sonra artıq Mərkəzi Bank süni şəkildə dolların ucuzlaşmasına son verməyə məcbur olacaq. Çox güman ki, bu oyunlardan və idman yarışlarından sonra dolların məzənnəsində yenidən yüksəliş görəcəyik. İlin sonuna yenidən dolların maksimal səviyyəyə çatmasını, 1.95-ə qədər artmasını görə bilərik"