XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 00:53

FED uçot dərəcəsini 2 dəfə artıracaq? –Analitiklər ABŞ iqtisadiyyatının gələcəyi barədə bədbindirlər

ABŞ Federal Ehtiyat Sistemi (FED) 2017-ci ildə uçot dərəcəsini daha 2 dəfə artıracaq.

"Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat "The Wall Street Journal"ın 7-11 aprel tarixlərində 61 iqtisadçı-respondent arasında apardığı sorğunun nəticələrinə əsasən verilib. Sorğuda iştirak edənlərin hamısı iyun ayında uçot dərəcəsinin artırılacağını bildirib. Lakin növbəti artımı respondentlərin 66,7%-i sentyabr, 31,1%-i isə dekabr ayında gözlədiklərini ehtimal ediblər.

Həmçinin, qəzetdə dərc olunan məqalədə analitiklərin ABŞ iqtisadiyyatının gələcəyi barədə gözləntilərinin pisləşdiyi bildirilir. Belə ki, onlar ABŞ prezidenti Donald Trampın seçkiöncəsi iqtisadi vədlərinə şübhə ilə yanaşmağa başlayıblar. Sorğuda iştirak edən ekspertlərin orta proqnozuna görə, 2017-ci ilin ilk rübündə ABŞ iqtisadiyyatının illik müqayisədə 1,4% artacağı proqnozlaşdırılır. Mart ayında bu gözləntilər 1,9%, dekabrda isə 2,3% olub. Martda ABŞ-da resessiya olacağını ehtimal edənlər 14% təşkil edirdisə, apreldə bu göstərici 16%-ə çatıb.