Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq, “Veysəloğlu” şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxaraq, bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib.
Bu barədə Strateq.az-a şirkətdən məlumat verilib.
Bildirilib ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.