XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 19:12

“Valyuta mübadiləsinə görə rüsum tətbiq olunacaq” –Daha bir qanun parlamentin müzakirəsinə verilib

Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü olaraq qeydə alınacaq və buna görə rüsum tətbiq olunacaq.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

APA