Problemlər Rusiyada satışın kəskin şəkildə azalmasından başlanıb
Belorusun ən iri müəssisələrindən biri – “МАЗ” (Minsk Avtomobil Zavodu) konveyeri dayandırmağa və maaşın üçdə ikisi ödənməklə əməkdaşları məzuniyyətə göndərməyə məcbur olub.
Strateq.az Belorus KİV-inə isnadən bildirir ki, hazırda ancaq hər an dayanamq təhlükəsində olan “МАЗ” avtobuslarını yığan sex işləyir. Fəhlələr gileylənirlər ki, ötən ilin oktyabrından maaşlar yubanır. Bütün 2014-cü ildə isə heyət həftədə 3-4 gün işləyib.
Nəşr qeyd edir ki, problemlər Rusiyada satışın kəskin şəkildə azalmasından başlanıb. Belorusiya rublunun bu yaxınlardakı devalvasiyası da zavoda ciddi zərbə vurub.
“МАЗ”-ın dayanması zəncirvari reaksiya doğura bilər – bütün Belorus üzrə bir çox zavodlar yük maşınlarının istehsalından asılı durumdadır.