XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 18:19

Dünya birjalarında neftin qiyməti yenidən artıb

Dünya birjalarında neftin qiyməti keçən həftəki itkiləri bərpa etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, ötən həftə 49 dollar\barrelədək ucuzlaşan “Brent” markalı xam neftin qiyməti həmin itkiləri kompensasiya edir. Hazırda Londonun ICE birjasında “Brent” neftinin bir barreli 52,58 dollara alıcı axtarır.

Analitiklərin fikrincə, neftin qiymətinin yenidən 52 dollar\barrelə yüksəlməsinə səbəb bazarda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrinin hasilatın azaldılmasını nəzərdə tutan sazişin müddətini uzadacaqlarına inamın artmasıdır. Bundan başqa, qiymətə təsir edən əsas faktor isə ABŞ-da qazma quyularının və ehtiyatların artmasıdır.

Ekspertlər Amerika Neft İnstitutu (API) və ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən həftənin ortasında ölkədəki neft ehtiyatlarının həcminə dair açıqlayacaqları rəqəmlərin “Brent” neftinin qiymətini yenidən formalaşdıracağını düşünürlər.