XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 11:07

“Ən geci 2019-cu ilin əvvəlində Azərbaycan qazı dünya bazarına çıxarılacaq” –Valeh Ələsgərov

"Azərbaycan Xəzəryanı ölkələrlə səmərəli əməkdaşlığın tərəfdarı olub. Xəzər dənizinin delimitasiyası məsələsində Azərbaycan təşəbbüskar olub, beynəlxalq hüquq çərçivəsində bu məsələnin həllinə töhfələr verib".

Bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya – Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" Forumunda Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzər dənizinin dibinin bölüşdürülməsi məsələsi həllini tapıb. V.Ələsgərov digər Xəzəryanı ölkələrin də bu sazişlərə qoşulacağına ümid etdiyini bildirib.

"Azərbaycan Xəzəryanı ölkələr üçün nümunə olaraq Xəzər dənizindən hasil olunan neft və qazı dünya bazarlarına çıxara bildi. Hazırda TANAP və TAP layihəsi istiqamətində müvafiq tədbirlər görülür. Əminəm ki, 2018-ci ilin sonu, ən gec 2019-cu ilin əvvəlində Azərbaycan qazı dünya bazarına çıxarılacaq".

APA