XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 16:05

“Cənub Qaz Dəhlizi” layihəsinin ötürücülük qabiliyyəti ikiqat arta bilər” –SOCAR rəsmisi

"Cənub Qaz Dəhlizi" layihəsinin ötürücülük qabiliyyəti ikiqat arta bilər".

Bunu bu gün Bakıda keçirilən II Beynəlxalq "Xəzər və Mərkəzi Asiya – Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

"Bunun üçün yalnız Azərbaycan deyil, Xəzərin Şərq sahilindən və İraqdan qazın nəqlini nəzərdən keçirə bilərik. Biz bütün tərəflər və şirkətlərlə danışıqlara hazırıq. "Şahdəniz" layihəsinin tam işlənilməsini və "Abşeron", "Ümid", "Babək", "Şəfəq-Asiman" yataqlarının ehtiyatlarını nəzərə alsaq, Azərbaycan uzun müddət "Cənub Qaz Dəhlizi"ni qazla təmin edə biləcək".

O bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

APA