XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 11:08

Nazir müavini:"Sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb"

Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb.

Azərtac xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Sahibkarlar Gününə həsr olunmuş konfransda bildirib.

Ölkədə əlverişli biznes mühitinin yaradılması, kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraitinin qurulması istiqamətində genişmiqyaslı işlərin aparıldığını deyən nazir müavini bildirib ki, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın inkişafı uğurla davam edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, sahibkarlığın inkişafı üçün daha əlverişli mühit formalaşdırılıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində sahibkarlar sinfinin müstəsna rolu olduğunu qeyd edib. "Hesab edirəm ki, növbəti zaman kəsiyində strateji yol xəritəsində qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə ASK əlindən gələni əsirgəməyəcək, milli iqtisadiyyatın strukturunun yenilənməsi isə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində dövlət qurumları və özəl təşkilatlarla yaxından əməkdaşlıq edəcək", – deyə ASK prezidenti diqqətə çatdırıb.