XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 11:03

“Turkish Airlines” Bakı Şopinq Festivalı iləəməkdaşlığa başladı

Bakı Şopinq Festivalı ilə əməkdaşlıq edən şirkətlərin sayı durmadan artır. Bu isə yekun nəticədə alıcılar üçün yeni güzəşt və fürsətlər yaradır. Artıq Türk Hava Yolları şirkəti – “Turkish Airlines” da Bakı Şopinq Festivalı üçün xüsusi kampaniyaya start verib. Daim öz müştərilərinin xeyrinə xüsusi aksiyalar təşkil edən şirkət bu dəfə festival çərçivəsində mayın 10-dək Bakı reysinin sərnişinləri üçün ödənişsiz olaraq 10 kiloqram (kq) əlavə yük daşıyacaq.

Azərbaycan Konqreslər Bürosundan Azərtac-a bildirilib ki, Bakı Şopinq Festivalı müddətində “Tax Free” deklorasiyasına sahib olan sərnişinlər “Turkish Airlines” reyslərinə minik qeydiyyatı zamanı daşınma xərci ödəmədən 10 kq artıq baqaj verə bilərlər.

Dünyanın ən böyük və məşhur aviaşirkətlərindən olan “Turkish Airlines” Bakıdan dünyanın yüzlərlə şəhərinə uçuşlar həyata keçirir. Bakı Şopinq Festivalına “Turkish Airlines” aviaşirkətinin təyyarələrində gəlmiş turistlər üçün bu qaçılmaz fürsətdir.