Şirkət “Saxalin-1” neft-qaz layihəsində 30% paya malikdir
Amerikanın “ExxonMobil” şirkəti Stokholmdakı Arbitraj Məhkəməsində Ruisyaya qarşı 500 milyon dollarlıq iddia qaldırıb.
Strateq.az “Forbes” dərgisinə isnadən bildirir ki, şirkət Rusiyaya altı il ərzində ödədiyi 500 milyon dollar gəlir vergisinin bir hissəsini kompensasiya etməyi tələb edir.
Dərgi yazır ki, Rusiyanın Energetika Nazirliyi “ExxonMobil” şirkətindən uyğun xəbərdarlıq alıb. Amerika şirkəti həmçinin “Saxalin-1” neft-qaz layihəsinin vergi hissəsi barədə razılaşmanın şərhini dəyişdirmək niyyətindədir. “ExxonMobil” bu layihənin əməliyyatçısı kimi 30% paya malikdir.
Qeyd edək ki, “ExxonMobil” şirkəti Qərb sanksiyaları ilə bağlı Moskva ilə əməkdaşlığı dayandırmağa məcbur olub və bu ölkəyə qarşı münasibəti sərtləşdirib.