XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 11:46

Azərbaycanda 2025-ci ildə əmtəə qaz hasilatı40 mlrd. kubmetrə çatacaq

2025-ci ildə Azərbaycanda 40 mlrd. kubmetr həcmində əmtəə qazı hasil olunacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft-Kimya" forumunda SOCAR-ın Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə bildirib.

O qeyd edib ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trln. kubmetr həcmində qiymətləndirilir. "Şahdəniz" qaz kondensat yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz, 240 mln. ton kondensat həcmindədir. 2006-cı ildə "Şahdəniz" yatağında hasilata başlanılıb və I mərhələ çərçivəsində təxminən illik 10 mlrd. kubmetr həcmində qaz hasil olunur. Yatağın II mərhələsi üzrə hasilatın 2018-ci ildə başlanacağı və qaz hasilatının 16 mlrd. kubmetr olacağı nəzərdə tutulur. 
İkin qiymətləndirmələrə görə, "Abşeron" yatağının ehtiyatları isə 350 mlrd. kubmetr qazdan, 45 mln. ton kondensatdan, "Ümid" yatağının ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensatdan ibarətdir.

Onun sözlərinə görə, "Şahdəniz" yatağından hasil olunan qazın 800 mln. kubmetri Gürcüstana, 6,6 mlrd. kubmetri Türkiyəyə nəql olunur, 1,5 mlrd. kubmetr qaz isə ölkə daxilində istifadə edilir.

Şirkət rəsmisi qeyd edib ki, SOCAR-ın Gürcüstana nəql etdiyi qazın həcmi isə ildə 1,2 mlrd. kubmetr təşkil edir.