XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 07:42

Beynəlxalq Banka yeni sədr təyin olundu – (Yenilənib)

Azərbaycan Beynəlxalq Bankına (ABB) yeni sədr təyin olunması xəbəri yayılandan sonra bir çox KİV-lərdə bunu təkzib edən digər məlumat verildi.

Bankın mətbuat xidmətinə istinadən yayılan məlumatlarda bildirilirdi ki, yeni sədrin seçilməsi ilə bağlı hələlik heç bir iclas keçirilməyib. Bank yayılan məlumatların “doğru olmadığını, hələ heç bir iclasın keçirilmədiyini, yeni təyinatla bağlı mətbuata məlumat verilmədiyini, təyinat olan zaman açıqlama veriləcəyini bildirib”.

Virtualaz.org saytı bu məsələyə aydınlıq gətirib. ABB-dəki mənbələrdən bildirilib ki, Fərid Axundovun banka sədr təyin olunması barədəki məlumatlar doğrudur.

“Bu gün günün sonuna qədər iclas keçirilməli və sözügedən təyinat rəsmiləşməlidir” – deyə ABB-dəki mənbə bildirib.

* * *11:38

Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub.

Bu barədə “Qafqazinfo”ya məlumat Beynəlxalq Bankdan daxil olub. Məlumata görə, “Pasha Bank”ın sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.

Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may, 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin planlaşdırılması fakültəsində alıb.1993-cu ildə Nottingem Trent Universitetinin (Bakı) menecment kurslarını bitirib. 1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin biznesin administrasiyası fakültəsini bitirib.

03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında maliyyə nəzarəti şöbəsinin meneceri, müştəri xidmətləri şöbəsinin meneceri, baş icraçı direktorun müavini vəzifələrində çalışıb.

10.2003-06.2005-ci illərdə QSC “Bank Standard” KB-nın İdarə Heyətinin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib.

07.2005-03.2007-ci illərdə “F.T.F” MMC-nin direktoru vəzifəsində çalışıb.

30.06.2007-ci il tarixdən isə “Pasha Bank” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib.

“Unibank”ın icraçı direktoru Cəlal Qasımov isə “Pasha Bank”ın İdarə Heyətinin sədri gətirilib. O həmçinin təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.