XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 16:03

“Creditinfo-Azerbaijan”ın nizamnamə kapitalı5 mln. manata yaxın olacaq

Azərbaycanın ilk kredit bürosu məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında fəaliyyət göstərəcək.

Bu barədə “Report”a Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) bildirilib.

Məlumata görə, “Creditinfo-Azerbaijan” adlanacaq şirkətin nizamnamə kapitalı 4,6 mln. manat (təxminən 2,5 mln. avro) təşkil edəcək.

Əvvəlcədən deyildiyi kimi, bu məbləğin 51%-ni və yaxud 2,346 mln. manatını İslandiyanın “Creditinfo” şirkəti, 2,254 mln. manatını isə Azərbaycanın 19 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı (“TBC Kredit” MMC)” və 1 sığorta şirkəti (“PAŞA Sığorta” ASC) təmin edəcək. Başqa sözlə, kredit bürosunun Azərbaycan tərəfdən olan 21 təsisçisinin hər biri onun nizamnamə fonduna 107 333 manat pul qoyacaq.