XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 19:55

Neft hasilatçısı olan ölkələrdə iqtisadi artım maliyyəsabitliyinə qurban veriləcək

Neft hasilatçısı olan ölkələr neft bazarında sabitlik yaranana qədər maliyyə sabitliyini qoruyub saxlamağa çalışacaq. 

"Report"un analitik qrupu bildirir ki, maliyyə sabitliyinin qorunması üçün dövriyyədə olan pul kütləsi, eləcə də iqtisadiyyata kredit qoyuluşunun həcmi azalmağa davam edəcək. Əks halda yerli valyutanın bolluğu xarici valyuta tələbinin artmasına gətirib çıxaracaq. Neft bazarında sabitləşmə isə uzun illər davam edə bilər.

Bəzi analitiklərin proqnozlarına görə, neftin qiyməti fövqəladə hadisə baş verməsə hətta heç vaxt 60 dollar/bareli keçməyə bilər. Bu da o deməkdir ki, neft hasilatçısı olan ölkələrdə büdcə xərcləri azalacaq və iqtisadiyyata kredit qoyuluşu məhdudlaşdırılacaq. Nəticədə, əhali bir müddət daha son illərdə əldə etdiyi yığımlarını xərclədikdən sonra yoxsullaşma prosesi başlayacaq.

Yoxsullaşma əsasən yerli valyutaların devalvasiyası nəticəsində idxal malların bahalaşması, kommunal xərclərin artırılması, işsizliyin çoxalması hesabına baş verəcək. Neft hasilatçısı kateqoriyadan olan ölkələrdə büdcədən ayrılan infrastruktur xərcləri əsasən dövlətə aid şirkətlər vasitəsilə həyata keçiriləcək və xarici valyutaya tələb yaratmayacaq. Bu ölkələr yaxın 5 ildə yeni iqtisadi şəraitə uyğunlaşma dövrü keçirəcək.