XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2015 - 09:20

“SOCAR –ın uzunmüddətli borcu 3,6 mlrd manatdan 5,8 mlrd manata qədər artıb” – “Fitch Ratings”

Socar.jpg

 

2015-ci ildə SOCAR şirkətinin kapital qoyuluşu $1,6 mlrd, 2016-cı ildə $1,7 mlrd olacaq. 2015-2017-ci illərdə şirkətin investisiyaları $5 mlrd-I keçəcək.

Bu barədə Fitch Ratings agentliyinin açıqlamasında deyilir.

SOCAR-ın uzunmüddətli emitentin defoltu reytinqi “BBB-“, qısamüddətli EDR “F3″ və prioritet təminatsız reytinqi “BBB-” təsdiq edilib. Uzunmüddətli EDR üzrə proqnoz “sabit”dir. Agentliyin məlumatında deyilir ki, SOCAR-ın borcunun 80%-i dollarladır. Şirkət gəlirlərin çoxunu dollarla əldə edir. Bu isə manatın devalvasiyasının effektini neytrallaşdırır. Dövlət dəstəyinin artırılması, məsələn, şirkətin borcuna dövlət zəmanəti  müsbət reytinq hərəkətinə səbəb ola bilər.

SOCAR-ın 30 iyun 2015-ci il üçün 2,9 mlrd manat pul vəsaiti olub. Bunun 81%-i dollarla, 5% avro ilə yerləşdirilib. Bu, 2,7 mlrd manat borcu ödəmək üçün yetərlidir.

Bu ilin I yarısında şirkətin uzunmüddətli borcu 3,6 mlrd manatdan 5,8 mlrd manata qədər artıb.

SOCAR-ın reytinqi Azərbaycanın suveren reytinqi ilə eynidir. SOCAR gündəlik orta hesabla 253 min barel karbonhidrogen hasilat istehsal edən ortaölçülü şirkətdir. SOCAR nəql, emal və satış sahələrində aktivlərə malikdir.  SOCAR Türkiyənin yeganə kimyəvi məhsul istehsalçısı olan “Petkim Holding”ə nəzarət edir və 10 mln. ton istehsal gücünə malik olan “Star” neft emalı zavodunun inşasını həyata keçirir.

Həmçinin Azərbaycanda PSA sazişlərdə iştirak edir və pulsuz neft, qaz, kondensat əldə edir.

“Fitch” SOCAR-ın leverec əmsalının 2014-cü ildəki 1,9-dan 2015-ci ildə 2,9-a yüksələcəyini proqnozlaşdırır.

SOCAR mühüm maliyyə qəraraları verəndə Azərbaycan hökuməti və ARDNF ilə sıx əlaqə saxlayır. Azərbaycan Prezidentinin qərarı ilə 2014-cü ildə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası üçün operator şirkət yaradılıb və bu şirkətin 49%-i SOCAR-a məxsusdur. Şirkətin əsas məqsədi “Şahdəniz” qaz yatağının işlənməsi, inkişaf etdirilməsi, Cənubi Qafqaz qaz dəhlizinin genişləndirilməsi, TANAP və TAP layihələrinin həyata keçirilməsidir.

2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin maliyyələşməsi emissiya olunan istiqrazlara Azərbaycan Dövlət Neft Fondunun yatırdığı vəsait hesabına həyata keçirilir. 2015-ci ildə əsas maliyyələşmə İqtisadiyyat və Sənaye Nazirliyindən  olacaq.

Fitch SOCAR-ın reytinq qabiliyyətini “BB” qiymətləndirir. Bu, şirkətin məhdud ehtiyatını azalan hasilatı, köhnə NEZ-i, inkişaf edən boru kəmərlərini, emal və satışda artan portfelini, pərakəndə aktivlərini və adekvat kredit qabiliyyəti göstəricilərini əks etdirir. 2014-cü ildə SOCAR 253 min barel karbonhidrogen hasil edib (əvvəlki ildəkindən 1% az). 2015-ci ilin I rübündə hasilat 246 min barrel neft ekvivalenti olub. Bu, ötən ilin I rübündəkindən 5,6% azdır.

Agentlik hesab edir ki, SOCAR-ın öz hasilatı (BM-lər nəzərə alınmadan) tədricən azalacaq. “Amma PSA sazişlər, xüsusən “Şahdəniz 2″ üzrə qaz hasilatı artacaq”, – deyə məlumatda bildirilir.