XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 10:05

2025-ci ilədək Azərbaycanda neft hasilatı nə qədər azalacaq? –SOCAR-ın  proqnozu

2025-ci ilədək Azərbaycanda neft hasilatı ildə 38 milyon tonadək azala bilər.

Bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin strateji inkişaf və investisiya layihələri şöbəsinin rəisi Tariyel Mirzəyev deyib. (Trend)

Onun sözlərinə görə, bu proqnozlar şirkət tərəfindən SOCAR və digər mənbələrə istinadən hazırlanıb. O qeyd edib ki, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin ümumi buraxılış qüvvəsi 57,4 milyon təşkil edir ki, bu da Azərbaycana bu kəmərlər vasitəsilə Qazaxıstan və Türkmənistan neftini tədarük etməyə imkan verir.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 41,03 milyon ton neft və qaz kondensatı hasil olunub. Bu, 2015-ci ilin göstəricisindən 1,5 faiz azdır.