XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 10:46

Rusiya “Türk axını” kəmərinin tikintisinə başlayır

 Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) tikintisinə bu ilin yayında başlanılacaq.

bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti məlumat yayıb. Açıqlamada bildirilir ki, boru kəmərinin dəniz hissəsinin inşası yayda başlayacaq və ümumilikdə “Türk axını”nın tikintisinin 2019-cu ilin sonunda tamamlanması nəzərdə tutulur. “Gazprom” boru kəmərinin dəniz hissəsində inşa ediləcək iki boru kəmərinin tikintisi üzrə İsveçrənin “Allseas” şirkəti ilə müqavilə imzalayıb.

Xatırladaq ki, “Türk axını” layihəsi Rusiya təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya çatdırılmasını nəzərdə tutur. Kəmərlə nəql olunacaq 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəməri tikiləcək. (Azərtac)