XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 11:39

Ləğv edilmiş bankların müştərilərinə 732 milyon manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən aprelin 26-da "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 milyon 206 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank"ın əmanətçilərinə 58 milyon 210 min manat (ümumi kompensasiya öhdəliyinin 80 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 87 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çoxu) kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan  bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 132 milyon 274 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 262 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 288 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,1 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 974 min manatı (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 436 milyon 771 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99 faizi), kompensasiya ödəyib.

"Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 380 min manatdan artıq kompensasiya ödənişi təmin edilib. Belə ki, 8 təqvim günü ərzində ümumi kompensasiya öhdəliyinin 65,7 faizi əmanətçilərə ödənilib.

Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faiz), "Gəncəbank"ın əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faiz), "Texnikabank"ın əmanətçilərinə 120 milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faiz) kompensasiya ödənişi təmin edilib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 bank üzrə 732 milyon 257 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.