XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 09:24

Lukaşenko: “AİB-də vahid valyutanın tətbiqi bu günün məsələsi deyil”

“Biz hələ bu vahid valyutaya qədər yaşaya biləcəyikmi?”

Картинки по запросу lukaşenko

Avrasiya İqtisadi Birliyində vahid valyutanın tətbiqi bu günün məsələsi deyil.

Strateq.az Belorusiya mətbuatına isnadən bildirir ki, Belorusiya prezidenti Lukaşenko Bloomberg media holdinqinə verdiyi müsahibədə bildirib: “Bu problemi son dərəcə şişirdiblər. Biz Astanada vahid valyuta məsələsini üçlükdə müzakirə edərkən Putin dedi ki, daha dərin iqtisadi əməkdaşlıq üçün nə zamansa vahid valyuta məsələsi qarşısında duracağıq. Lakin hansısa vaxtda vahid valyutanın tətbiqi məsələsi qoyulmayıb. Hərra uzaq vaxtda da. Bu, bizim birliyimizdə sonuncu akt ola bilər. Avrasiya İqtisadi Birliyində hələ o qədər problemlər var ki. Biz hələ bu vahid valyutaya qədər yaşaya biləcəyikmi?”

Xatırladaq ki, bu yaxınlarda Vladimir Putin Mərkəzi Banka və RF hökumətinə Avrasiya İqtisadi Birliyində vahid valyutanın məqsədəuyğunluğu barədə məsələnin işlənib hazırlanması barədə tapşırıq verib. AİB başçılarının martın 20-dəki toplantısında isə bu məsələni bir daha qaldırıb.