Mayın 2-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən Azərtac-a bildiriblər ki, istiqrazların ümumi həcmi 25 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2018-ci il mayın 1-dir. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.