XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

05 Noyabr 2015 - 11:14

Doqquz il ərzində cəmi 17 min ipoteka krediti verilib – İpoteka Fondu

 

ipoteka.jpg

Azərbaycan İpoteka Fondunun (AİF) xəttilə ipoteka kreditlərinin azalması davam edir.

Oktyabrın 1-nə olan vəziyyətə görə, müvəkkil bankların vasitəsilə ehtiyacı olanlara  77,2 mln. manat (ötən ilin yanvar-sentyabr aylarının yekunları ilə müqayisədə 1,8% az) verilib. Sentyabrda  Fondun xəttilə 5,4 mln. manat (2014-cü ilin 1 oktyabrı üçün həmin həcm) verilib. (Turan)

ümumi həcmin təxminən yarısı sosial ipotekanın (37,3 mln.) payına düşüb. Orta hesabla müraciət edənin hər birinə 40 min 736,7 manat düşüb ki, bu da orta hesabla 280 ay (illik 6,71%, ayda 297 manat ödəniş) edir.

AİF-nun saytı məlumat verib ki, 2006-cı ildən 2015-ci il oktyabrın 1-nə qədər qurumun xəttilə 17 min 603 ipoteka krediti (ümumi məbləğ 712,8 mln. manat) verilib. Ən yüksək hədd 2013-cü ildə olub. Belə ki, banklar 112,9 mln. təklif ediblər. ötən ilin yekunlarına görə, 97,1 mln. manat verilib. Odur ki, vəsaitlərin azalma tendensiyası göz önündədir.

Xatırladaq ki, kommersiya krediti milli valyuta ilə 50 min manat həcmində 25 il müddətinə (illik 8%) verilir.

Sosial ipoteka  dövlət büdcəsinin hesabına təklif edilir ( maksimum 50 min manat, 30 il müddətinə 4%).  Bu cür krediti almaq üçün əsas əngəl ilkin ödənişdir (sosial ipoteka üçün 15%, kommersiya krediti üçün  20%).  Bundan əlavə, banklar iş yerindən əməkhaqqı barədə arayış tələb edirlər. Əməkhaqqı ən aşı 1 min manat təşkil etməlidir. Bu o deməkdir ki, büdcədən 150-400 manat civarında maaş alanlar avtomatik olaraq prosesdən kənarda qalır.

İpotekanın predmeti ancaq mənzil ola bilər. Kreditin məbləği  mənzilin bazar qiymətinin 80%-dən çox ola bilməz.  Güzəştli ipoteka ilk növbədə şəhid və Milli qəhrəmanların ailələrinə şamil edilir. Bundan başqa güzəştli kreditdən məcburi köçkünlər, ən azı üç il çalışan dövlət qulluqçuları, hərbi qulluqçular, elmlər doktorları və namizədlər, həmçinin əməkdar idmançılar yararlana bilər.

Hazırda AİF-in 30 müvəkkil bankı, 21 sığorta bankı və 16 mənzil qiymətləndirmə şirkəti fəaliyyət göstərir.