XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2017 - 17:17

“Qiymətli kağızlara investisiyalar 3 dəfə artırılıb” –Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivləri bu il yanvarın 1-nə 25,564 mlrd. manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 35,1% çoxdur.

AMB-nin aktivlərinin təxminən 41%-ni və yaxud 10,523 mlrd. manatını qiymətli kağızlara investisiyalar təşkil edib. Son 1 ildə bu rəqəm 2,8 dəfə böyüyüb.

Ötən il AMB-nin cəmi öhdəlikləri 48,35% artaraq 19,692 mlrd. manata, cəmi kapitalı isə 7,4% artaraq 5,872 mlrd. manata çatıb, nizamnaməı kapitalı isə 500 mln. manat səviyyəsində qalıb.

2016-cı ildə qurumun faiz gəlirləri 282,315 mln. manat (2015-ci ilə nisbətən 24,5% çox), faiz xərcləri 257,895 mln. manat (1664 dəfə çox), qeyri-faiz gəlirləri 6,192 mln. manat (50,7% az), qeyri-faiz xərcləri isə 3,031 mln. manat (57,2% az), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə zərəri 10,348 mln. manat (əvvəlki il gəlir əldə edib), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə gəliri 8,212 mln. manat (əvvəlki il zərər edib), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəliri 899,713 mln. manat (84,55% az), xarici valyuta əməliyyatları üzrə gəliri 10,882 mln. manat (2,5% çox), sair əməliyyat gəliri 1,083 mln. manat (67,8% az), dəyərsizləşmə üzrə xərcləri 477,076 mln. manat (2,7% çox), inzibati və sair əməliyyat xərcləri isə 59,103 mln. manat (25,9% çox) təşkil edib. Son nəticədə AMB ötən ili 401,664 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki illə müqayisədə 92,7% və yaxud 13,8 dəfə azdır.