XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 November 2015 - 23:26

Daxili ödəniş vasitəsi kimi manat əvəzinə dollar – Müsbət və mənfi tərəfləri haqda baxış

elshen-2.jpg

Elşən NƏSİBOV,

Siyasətşünas alim

 

Azərbaycanda milli pul vahidi olan manatın ödəniş vasitəsi kimi müəyyən müddətə beynəlxalq valyuta olan  ABŞ dolları ilə  əvəz olunması və əhəmiyyəti haqqında 

(Milli pul vahidi olan manatın ehtiyat və rezerv (fond kimi) kimi saxlanılması kontekstindən yanaşma)

 

Dövlətin gücü onun iqtisadi sisteminin təkmilliyində və zəngin elementlərlə təmin olunmasındadır. İqtisadi güc sənaye və kənd təsərrüfatı məhsullarının istehsalında və məhsulların ölkə daxilində və xaricində olan bazarlar əldə etməsindədir. Bir ölkənin məhsulları onun xaricində tələbat yaradırsa, deməli, iqtisadi sistemi güclüdür, davamlıdır, elmtutumludur və yüksək standart keyfiyyətlərinə malikdir. İstehsal proseslərinin təkmil səviyyəsi yüksək standartlara malik olan məhsul istehsal etməni şərtləndirir. Dövlətin iqtisadi gücü həm də onun vətəndaşlarının zəngin olmasındadır. çünki vətəndaşlar dövləti təşkil edən əsas elementlərdir. Vətəndaşların varlı olması mənaca  elə dövlətin varlı olmasıdır. Dövlət öz zəngin mənbəyini vətəndaşlardan götürür. İnsan və onun əməyi əsas kapital hesab olunur.  Dövlət fondlarında vəsaitlərin toplanması və iqtisadi sistemlə onu hərəkətə gətirən pul tədavülü və kütləsi arasında balanslı vəziyyətin mövcudluğu dövlətin ümumi iqtisadi inkişafının və  sərbəst inkişaf dinamikasının əsaslarını yaradır.

Dövlət beynəlxalq iqtisadiyyat qarşısında o zaman tab gətirə bilir ki, onun tərkibi olur və öz iqtisadi sistemi ilə koordinasiya və inteqrasiya olunmuş formada beynəlxalq iqtisadi-maliyyə fəaliyyətli subyektlər sisteminin assosiativ üzvünə çevrilir.

Dövlətdən (burada dövlətin əlində olan vəsaitlər nəzərdə tutulur-dövlətin büdcəsi, dövlət təşkilatlarının fondları və büdcələri,  Mərkəzi Bankın büdcə və fondları, kapitalı, əmlaki, dövlətin ümumi  kapitalı və əmlakının dəyəri)  daha çox onun sakinlərinin, iqtisadi-təsərrüfat subyektlərinin zəngin olması dövlətin ümumi gücünə xidmət edir. Dövlət onsuz da iqtisadiyyatın hüquqi tənzimlənməsi və vergilər yolu ilə vətəndaşlardan vəsaitlərin yığılmasını təmin edir. Bu baxımdan vergi ödəyicilərinin (qeyri-dövlət subyektlərinin)  zəngin olması çox vacibdir ki, onların fəaliyyət nəticələrindən, qazanclarından lazımi məbləğdə olan vergiləri ödəyə bilsin.

Dövlət öz vətəndaşlarını ümumdünya iqtisadi sistemi qarşısında zəngin etməlidir ki, özü varlansın. Vətəndaş kütləsinin (əhalinin) kompleks zənginliyini dövlət beynəlxalq iqtisadi sistemlər qarşısında müqavimətli etməlidir.

Pul haqqında.  Hamımıza məlumdur ki, kağız pul həm resursdur, həm də bütün iqtisadi və sosial resursları, ümumilikdə isə  dövlətin tərkibini təşkil edən elementlərin qarşılıqlı hərəkətini təmin edən, aktiv vəziyyətdə saxlayan  əsas ekvivalent vasitəsidir. Pul dəyərlərin bir vasitə kimi alternatividir.   Pul ödəniş və qazanc vasitəsidir və bütün maddi resursları, vasitələri, əşyaları alternativ dəyərlə, əvəz ödənilməklə həyata keçirmə vasitəsidir.

Pul kütləsi, fondda və büdcədə yığılan  pullar  maddi dəyərlərin, əmək qazanclarının əvəzlənməsidir. Cəmiyyətin iqtisadi əlaqələrində və iqtisadiyyatın dövlətlə xalq arasında bağlanmasında pul mühüm vasitədir. İnsanlar dövlət və cəmiyyət üçün öz xidmətlərini  əvəzi olan bir vasitə kimi pul ilə yerinə yetirirlər və maddi ehtiyacllarını, sosial tələbatlarını ödəmək üçün lazımi əşyaları pul ilə əldə edirlər.

Pul istehsalla  istehlak  arasında körpü yaradır. Həm istehsalı, həm də istehlakı dəyərləndirir, stimullaşdırır. Pul bu baxımdan iqtisadi resurs amili rolunu oynayır. Pul hər bir maddi vasitəni, eləcə də xidmətlərin əvəzlərini dəyərləndirən və hərəkətverici, təkanverici, stimullaşdırıcı funksiya daşıyır. Pul iqtisadiyyatın baza və üst sahələrinin bir-birinə bağlanmasını təmin edir. Həm də ayrıca olaraq hər bir sahənin yönləndirilməsini həyata keçirir.

Pul istehlakın, məhsulun əldə olunmasının və xidmətlərin qazanılmasının əsas vasitəsi kimi istifadə olunur.

Beynəlxalq əlaqələrdə pulla əvəz ödənilməklə yanaşı, barter (mal mübadiləsi) üsulundan da geniş tətbiq olunur. Bu halda da yenə qiymətləndirmə pul vasitəsilə həyata keçirilir.

Pul-məbləğdir. Məbləğ vahididir. Kütlənin, çəkinin, ədədlərin, sayın, gəlirlərin (ümumi və xalis), maya dəyərlərinin, istehlak olunma proseslərinin əsaslarını təşkil edir.  Xidmət sahələrində xidmət fəaliyyətinin əvəzi pulla həyata keçirilir.

Pul nominal dəyər ekvivalentidir.  (Nominal dəyər – Face value (nominal value) – Qiymətli kağızın emitent tərəfindən müəyyənləşdirildiyi nominal dəyəri. Səhm üçün bu səhmlərin üzərində əks olunan nominal qiymətdir. İstiqrazlar üçün bu istiqrazın müddəti bitmə tarixində ödəniləcək məbləğdir. Emitent tərəfindən qiymətli kağıza verilən ilkin dəyər. Qiymətli kağızın üzərində əks olunan və bazar dəyərindən fərqli olaraq dəyişməyən dəyər. http://banker.az/dict/index.php?title=Nominal_d%C9%99y%C9%99r)

Pul emitent (qiymətli kağız buraxan tərəf) vasitəsidir və dəyərləndirmə nişanıdır. Emissiya (kağız pullar və qiymətli kağızlar) siyasətinin əsasını kağız pullar və onun maddi vasitələrlə dəyərləndirilməsi təşkil edir. Pul nominal dəyərlərlə tədavülə buraxılır.

Pul malın çəkisinin dəyərləndirilməsini, əvəzləndirilməsini təmin edir. Pul iqtisadiyyatın bazar tənzimlənməsinin əsaslarında dayanır. Pul dövlətin əsas fondlarını təşkil edir və dövlət büdcəsinin dəyərlərini formalaşdırır.

Məlumdur ki, ölkələr bir qayda olaraq öz daxillərində milli pul vahidlərindən istifadə edirlər, xarici əlaqələrdə isə vasitələrin əvəzlərinin ödənilməsi üçün ABŞ dollarından, avrodan və digər valyutalardan  istifadə edirlər.  Azərbaycanda milli pul vahidi ilə yanaşı, pul tədavülündə (valyuta səbətində) sərbəst dönərli valyuta kimi dollardan da istifadə olunur. Dollarlaşma da həyata keçirilir.

Azərbaycanda dollarlaşma əvəzinə, yaxın gələcəkdə  dolların ödəniş vahidi kimi ölkə daxilində  manat əvəzinə bir müddət istfadəsinə icazə vermək olar. Düzdür, Azərbaycanda Konstitusiyaya əsasən ödəniş vasitəsi kimi yalnız milli pul vahidi olan manatdan istifadə olunur. Konstitusiyanın 19-cu Maddəsində yazılır: “I. Azərbaycan Respublikasının pul vahidi manatdır. II. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir. III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul
vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.”

Lakin dövlətin beynəlxalq iqtisadi vəziyyətini gücləndirmək və dövlətin beynəlxalq iqtisadi və siyasi gücünü artırmaq və beynəlxalq valyuta olan ABŞ dolları önündə dövlətin zəifləməsinə imkan verməmək və bu baxımdan  daxili pul tədavülündə və pul kütləsində valyutanın azalmasına şərait yaratmamaq məqsədilə,  konstitusiya dəyişikliyinə gedərək, daxili ödəniş vasitəsi kimi birbaşa dollardan istifadəyə imkan yaratmaq olar. Azərbaycan Konstitusiyasının 3-cü Maddəsində o da yazılır ki, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Bu məsələyə də baxıla bilər.

Qeyd, Azərbaycan Respublikasının Mərkəzi Bankı PUL SİYASƏTİ İLƏ BAĞLI TERMİNLƏR hazırlayıb.

 http://www.cbar.az/assets/1294/pul_siyaseti_ile_bagli_terminler.pdf

 

Bu məqalə üzərində işlənərkən həmin terminlər nəzərdən keçirilib.

Azərbaycan Mərkəzi Bankının tərtib etdiyi terminlər – olduğu kimi:

Dollarlaşma – Milli valyutaya paralel olaraq sərbəst dönərli valyutanın daxili pul tədavülündə yer almasdır. Dollarlaşma səviyyəsini ölçmək üçün müxtəlif göstəricilərdən istifadə edilir. Belə göstəriciyə misal olaraq xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisini göstərmək olar. Bu göstərici pulun yığım funksiyasının dollarlaşma səviyyəsini ölçməyə imkan verir. Dollarlaşma əvəzinə bəzi hallarda valyuta əvəzləməsi terminindən də istifadə edilir. 

Dövriyyədə olan nağd pullar – Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış nağd pullardır. Buraya bank sistemindən kənarda olan nağd pulla yanaşı,  Mərkəzi Bankın və kommersiya banklarının kassalarında olan nağd pullar da daxildir.

Dezinflyasiya – Qiymətlərin artımı prosesini səngitmək üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. O cümlədən Mərkəzi Bankın pul siyasətinin sərtləşdirilməsi dezinflyasiya tədbirlərinə aiddir.

Deflyasiya – Qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi (inflyasiyanın əks prosesi) və nəticədə pulun dəyərinin artması prosesidir.

Devalvasiya  – Milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin ucuzlaşdırılmasıdır.

İstehlak Qiymətləri İndeksi (İQİ) – Müəyyən vaxt intervalı çərçivəsində əhali tərəfindən qeyri-istehsal məqsədilə istehlak edilən mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin dəyişməsini xarakterizə edən indeksdir. Buraya bütün zəruri tələbat malları (ərzaq və qeyri-ərzaq) və xidmətləri daxil edilir. Hər bir mal və xidmətin bu indeks əsasında formalaşan səbətdə öz xüsusi çəkisi vardır və ayrı-ayrı komponentlərin qiymət dəyişməsi bu çəkilərə uyğun olaraq yekun indeksin formalaşmasında iştirak edir. İstehlak Qiymətləri İndeksi Dövlət Statistika Komitəsi  tərəfindən hesablanır.

Monetizasiya – İqtisadiyyatın pulla təminatı səviyyəsini xarakterizə edən göstəriciləri özündə ehtiva edir. Məsələn, pul kütləsinin üDM-də xüsusi çəkisi iqtisadiyyatın monetizasiya səviyyəsinin göstəricisidir. 

Pul kütləsinin hədəflənməsi – Mərkəzi Bank tərəfindən  pul kütləsinin həcminin tənzimlənməsini nəzərdə tutan pul siyasəti rejimidir. Bu zaman Mərkəzi Bankın fəaliyyəti pul kütləsinin dəyişimi üzrə hədəfə nail olunmasına yönəldilir.

Revalvasiya –  Milli valyutanın məzənnəsinin xarici valyutaya nəzərən bahalaşması prosesidir.

Pul multiplikatoru – İqtisadiyyatın, xüsusilə də bank sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edir və geniş mənada pul kütləsinin (M2) manatla pul bazasına nisbəti kimi hesablanır.

Sterilizasiya əməliyyatları – Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.

Tədiyə Balansı – Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir.

SVOP (məzənnə SVOP-u) – Məzənnə riskindən sığortalanmaq məqsədilə müəyyən müddətdən sonra yenidən əksinə mübadilə edilməsi şərtilə milli valyutanın xarici valyutaya mübadilə edilməsi.

Təsbit edilmiş valyuta məzənnəsi – ölkənin milli valyutasının sərbəst dönərli xarici valyutaya qarşı dəyişməz saxlanılması nəzərdə tutulur. Yəni təsbit edilmiş məzənnənin xüsusiyyəti ondan ibarətdir ki, o kifayət qədər uzun müddət ərzində (aylar və ya illər) sabit qalır . Məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifə təsir göstərmək üçün aktiv alış-satış əməliyyatları aparır.

Valyuta müdaxiləsi – Milli valyutanın məzənnəsini tənzimləmək məqsədilə Mərkəzi Bank tərəfindən valyuta bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün xarici valyuta ehtiyatlarından istifadə edir.

Valyuta səbəti -Müəyyən miqdarda götürülən xarici valyutaların toplusudur. Valyuta səbəti məzənnə siyasətinin həyata keçirilməsində istifadə olunur. Bu zaman Mərkəzi Bank milli valyutanın hər hansı bir xarici valyutaya qarşı deyil, səbətə daxil olan bir neçə valyutaya qarşı orta çəkili məzənnəsini tənzimləməyə çalışır.

 

Siyasətin tətbiqinin əhəmiyyəti:

 

– Birincisi,  ölkə iqtisadiyyatında milli pul vahidi (manat) ilə sərbəst dönərli məzmuna malik olan  beynəlxalq pul vahidi (ABŞ dolları) arasında yaşanmaqda olan  çaşqınlıq, tənzimləmə sahəsində yarana bilən  disbalanslılıq, uyğunlaşdırma proseslərində olan çətinliklər, risqlər   aradan qalxar və dualistik formalı valyuta siyasətinin tətbiqi monomoney siyasəti (digər ölkələrin valyutalarını əlavə etməsək) ilə tamamalanar;

– ölkə daxilində ABŞ dolları ilə nəğd  və digər yolla həyata keçirilən  ödəniş və alqı-satqı hesabına dövriyyədə olan nağd pul (burada beynəlxalq valyutadan söhbət gedir) çatışmazlığı aradan qalxar;

– Azərbaycana mal almaq  üçün üz tutan şəxslər (fiziki və hüquqi) ölkə bazarında birbaşa dollar xərcləyərlər ki, bu da nəticədə bazarda və insanlarda (satıcılarda) beynəlxalq valyuta olan dolların artmasına gətirib çıxarar;

– xarici ölkə alıcılarının milli bazarda sər
bəst mal almalarına kömək edər;

– xarici ölkə vətəndaşlarının daxildə xidmətlər üçün birbaşa beynəlxalq valyutadan istifadəsinə gətirib çıxarar;

– Azərbaycana xarici ölkələrdən gətirilən və dollarla alınmış olan məhsullar bazarda elə birbaşa dollarla da satılar. Xarici ölkələrdən mal gətirən fiziki və hüquqi şəxslər isə həmin ölkələrdən mal almaq üçün Azərbaycanda əldə etdikləri  qazancları elə birbaşa xarici ölkələrdə istifadə etmək imkanları əldə edərlər. Burada artıq dollar almaq üçün valyuta mübadiləsinə ehtiyac qalmaz;

– Mərkəzi Bankın daxili valyuta bazarinda valyuta tənzimlənməsi üçün valyuta müdaxiləsini həyata keçirməsinə və əlavə beynəlxalq valyuta buraxmasına ehtiyac qalmaz;

– Mərkəzi Bankın Valyuta səbətində dolların məzənnəsinin tətbiqinin aradan qaldırılması və inflyasiya risqlərinin azaldılması təmin olunar;

– Təsbit edilmiş valyuta məzənnəsi siyasəti həyata keçirilməz və Mərkəzi Bankın bazarda sürətləndirilmiş şəkildə sərbəst dönərli valyutanın alqısına və satqısına ehtiyac qalmaz;

– Məzənnə risqlərinin qarşısı alınar və məzənnə SVOP-u tətbiq olunmaz (dollarla əlaqəli məsələlərdə);

– Milli iqtisadiyyata daxil olan və ölkədən çıxarılan  valyuta məbləğı arasında (tədiyə balansı) balans qorunar və bu balans daha çox cəmiyyət hesabına, fiziki və hüquqi şəxslərin birbaşa gücləri hesabına həyata keçirilər. Birbaşa güc o deməkdir ki, fiziki və hüquqi şəxslər valyutanı ölkəyə özləri gətirib, ölkədən də əhalidən birbaşa qazanc yolu ilə  əldə edilən vəsaitlər hesabına özləri də çıxarırlar. Burada məzənnəyə, valyuta mübadiləsinə artıq ehtiyac qalmır;

– Mərkəzi Bankın revalvasiyanın qarşısını almağa və sterilizasiya (pul kütləsinin inflyasiyaya səbəb ola biləcək izafi hissəsinin dövriyyədən çıxarılması)  siyasətinin tətbiqinə ehtiyac qalmaz;

– lazım  olan anlarda, dollar çatışmazlığında  dövlət əhalidən yığmaq üçün bazanın mövcudluğu-əhalinin dövlət üçün dayaq rolunu oynamasının həyata keçirilməsi;

– milli pul vahidlərinin çapı üçün əlavə xərclərdən azad olunma və  s.

 

Siyasətin mənfi tərəfləri:

Mərkəzi Bank və digər banklar dollar alqı -satıqısından pul qazanmaya bilərlər. Mübadilə zamanı pul səbətində dolların yeri olmaya bilər

 

Siyasətin həyata keçirilməsi yolları

Məlumdur ki, Azərbaycan iqtisadiyyatı baza etibarilə neft sənayesi üzərində qurulub və gəlirlərin çox hissəsi də neft və qazın beynəlxalq valyutaya çevrilməsindən  əldə olunur. Fondlar və dövlət büdcəsi də özünün əsas kütləsini bu mənbədən götürür. ölkəyə baza valyuta ehtiyatları da xariclə olan alqı-satqı əməliyyatlarından və bankların əhali ilə həyata keçirdiyi valyuta mübadiləsindən daxil olur. Eyni zamanda pul göndərişlərindən formalaşır. İnsanların özləri də dövlətin valyuta ehtiyatları ilə təmin edilməsində qismən iştirak edirlər.

Birinci mərhələdə manata paralel şəkildə ABŞ dollarını ödəniş vasitəsi kimi birbaşa bazara daxil etmək-bu istiqamətdə əsasən “100” dollarlıq, “50” və “20” və “10” dollarlıq əskinasların birbaşa ödəniş vasitəsi kimi tətbiqini təmin etmək. Kursu isə manatla eyni məbləğdə götürmək;

Növbəti mərhələ olaraq, həm də prosesin davamı kimi, manatı tədricən tədavüldən çıxararaq, qiymətli kağız kimi ehtiyatda saxlamaq. Dəyərli kağıza çevirmək və lazımi anlarda – pul çatışmazlığı zamanı təkrar olaraq dollara ekvivalent dəyərlə bazara buraxmaq.

İlkin mərhələdə əhaliyə əmək haqlarının, təqaüdlərin və  digər dövlət ödənişlərinin  (məsələn, mükafatların) dollarla verilməsi və manata  paralel şəkildə bazarda işləməsini təmin etmək olar.  

Manatı isə bir növ “donmuş valyuta” kimi saxlamaq lazımdır. Manatı tədavüldə pul çatışmazlığını aradan qaldıran vasitə kimi ehtiyatda saxlamaq və lazımi anlarda  dövriyyəyə buraxmaq lazm olar.

Dolların tədavülünü təşkil edə biləcək valyuta mənbələri: xaricə satılan mallar, xarici şirkətlərin sərmayələri, bonuslar,  vergilərin dollarla ödənilməsi; xarici ölkələrin alıcıları üçün “dollarla alqı-satqı   bazarı” və s.