XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2017 - 11:02

Amerika Federal Bankı dolların faizini yenə artırmaq niyyətindədir  

ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırması ehtimalı 93%-ə çatıb.

"Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, mayın 2-3-də keçirilən son iclasdan əvvəl bu göstərici 69% olub.

Son iclasın yekun çıxışında FED maliyyə bazarlarını faizləri iyun iclasında artıracağı barədə tam əmin etməsə də, o, ABŞ iqtisadiyyatında fundamental amillərin güclü olduğunu xatırladıb. FED həmçinin bildirib ki, ilk rübdə açıqlanan zəif iqtisadi göstəricilər müvəqqəti xarakter daşıyır və ABŞ-da istehlak həcmi yüksəlməyə davam edir.

"Report"un analitik qrupu bu həftənin sonunda Fransada keçiriləcək prezident seçkilərindən sonra dolların məzənnəsinin qlobal valyuta bazarında möhkəmlənməyə başlayacağını proqnozlaşdırır.