XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2017 - 23:15

Dünya Bankı:"Neftin qiymətinin aşağı düşməsi ilə bağlı narahatlığa əsas yoxdur"

Dünya Bankı neft qiymətlərinin aşağı düşməsində narahatlığa əsas görmür.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi nümayəndəsi Con Baffes bildirib.

“Biz bu kimi dəyişiklikləri çox görmüşük. Düzdür, son üç gün ərzində neftin qiyməti 5%-dən çox aşağı düşüb. Lakin mən son qiymət tənəzzülünü ilin sonunadək baş verəcək göstərici kimi qəbul etməzdim”, – deyə, C.Baffes bildirib.

Qeyd edək ki, son ucuzlaşma ilə əlaqədar bəzi KİV-lər OPEC-in hasilatı azaltmaqla qiymətləri sabit saxlamaq planının iflasa uğradığını iddia edib. 

APA