XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2017 - 12:15

“Goldman Sachs”:"Neftin qiyməti stabilliyi itirmək üzrədir"

Qlobal bazarda neftin qiyməti stabilliyi itirmək üzrədir.

Bu barədə dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın hesabatında deyilir. Hesabata görə, ABŞ-dakı şist nefti istehsalçıları ilə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr arasında ciddi rəqabət var. Bu da qiymətə mənfi təsir edir.

ABŞ-da artan xam neft istehsalı OPEC ilə Rusiyanın ötən il noyabrın 30-da neft hasilatının həcminin azaldılması üzrə razılaşmasının təsirlərini əksinə çevirir. Nəticədə razılaşmanın bu ilin ikinci yarısında davam etmə ehtimalı da riskə girir.

Qeyd edək ki, qlobal bazarda xam neftin qiyməti ötən gün son 5 ayın ən aşağı səviyyəsinə enib. ABŞ-ın xam neft hasilatı isə son 5 ayda 6,9 faiz çoxalıb. Belə ki, ABŞ-ın neft hasilatı keçən il noyabr ayının sonundakı gündəlik orta hesabla 8,7 milyon barrelldən ötən həftə 9,3 milyon barrelədək yüksəlib(azərtac).