İşsiz gənclər 16,7 min nəfərdir
Ermənistan əmək və sosial məsələlər nazirinin müavini Ara Petrosyanın dediyinə görə, mart ayının əvvəlində ölkədə işsizlərin sayı 69.7 min nəfər təşkil edib.
Strateq.az Armenia today-ə isnadən bildirir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətdə 21,2% çoxdur.
Nazir müavini qeyd dib ki, qadınlar arasında işsizliyin səviyyəsi yüksək olaraq qalmaqdadır, yəni işsizlərin 71%-i qadınlardır. Gənclər arasında işsizliyin yüksək olması da ölkə rəsmilərini rahatsız edir. İşsiz gənclər 16,7 min nəfərdir.
Xatırladaq ki, Ermənistan 2015-ci ilin əvvəlindən Avrasiya İqtisadi Birliyinin üzvü olub.