XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2017 - 16:47

Azərbaycan son 4 ayda “Cənub Qaz Dəhlizi”nə 800 milyon dollar xərcləyib

 

"Cənub Qaz Dəhlizi" layihəsi üzrə 2014-2019-cu illər üzrə ümumi tələb olunan təqribən 12,4 milyard dollar məbləğində vəsaitin indiyədək 6,6 milyard dollarlıq hissəsi, yəni təqribən 53 faizi xərclənib.

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) AZƏRTAC-a bildirilib ki, bunu CQD-nin baş direktoru Əfqan İsayev deyib. O bildirib ki, cari ilin əvvəlindən bu günədək layihəyə 799,3 milyon dollar investisiya qoyulub.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və "Cənub Qaz Dəhlizi"nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il tarixli 25 fevral Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.