XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2015 - 07:00

Dollar “uçuşa” keçdi – Manat Avro qarşısında güclənəcək

dollar-23.jpg

Dollar, ABŞ-da məşğulluq məlumatının gözləniləndən çox güclü çıxmasının ardından sürətli yüksəlib.

Oktyabr ayı məşğulluq göstəricisi 271 000 ilə, 185 000-lik iqtisadçı proqnozlarının üzərində açıqlandı.

Dollar, güclü çıxan göstəriciyə müsbət reaksiya verdi.

Dollar, avro qarşısında 1.6% gücləndi və avro qarşısında 1.0710 səviyyəsindən alıcı tapdı. Bloomberg Dollar Spot İndeksi 0.6 faiz yüksələrək 1,2266.87 bənd səviyyəsinə qalxıb. Göstərici bu il, Fed-in borc faizini artırmağa yaxınlaşdığı istiqamətindəki ehtimallar ilə 8 faiz artım göstərib.

Analitiklər Dekabrda ABŞ Mərkəzi Bankının borc faizini artıracağını gözləyir. Faizlərin artırılmasının dolları daha da gücləndirəcəyi gözlənilir.

Dolların bütün dünyada bahalaşması inkişaf etməkdə olan ölkələrin pul vahidlərinə, o cümlədən Azərbaycan manatına da təzyiq edir. Bir sıra inkişaf etməkdə olan ölkələrin pulları dollar qarşısında dəyərdən düşür.

Qeyd edəki, Dolların bahalaşması ilə əlaqədar olaraq, Avro, Dollar qarşısında “ölməklə” bərabər, Azərbaycan manatı qarşısında da “ölür”. Digər ölkələrin valyutaları (Rubl, Lirə və s.) da dollar qarşısında dəyərdən düşdüyündən, Manat qarşısında da aşağı düşürlər.

Noyabrın 6-sı səhəri Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnəsinə görə, 1 Avro 1.1424 manata bərabərdir. 21 Fevral 2015-ci il tarixindəki devalvasiya ilə 1 Avro 1.1950 manata bərabər edilmişdi. Həmin məzənnə ilə müqayisədə Avro manat qarşısında 4,4% ucuzlaşıb (Manat güclənib). Dolların Noyabrın 6-da Avro qarşısında 1,6%-lik ucuzlaşmasını nəzərə alsaq, gələn həftənin 2-ci günü Manatın Avro qarşısında bir az da güclənəcəyini gözləmək olar. Mərkəzi Bank manatın güclənməsini istəmir, çünki bu, Azərbaycanın ixracatçıları üçün sərfəli deyil. Elə 21 Fevralda devalvasiyaya gedilməsinin səbəblərindən biri Manatın həddindən artıq dəyər qazanması və ixracatda rəqabəti məhdudlaşdırması idi.

Bu il Avqustun 5-də 1 avro 1.2078 manata qədər yüksəlmişdi. Bu məzənnə ilə müqayisədə isə, son 3 ayda Manat Avro qarşısında 5,5 faiz bahalaşıb.

Azərbaycan Mərkəzi Bankı hələlik dollar/manat məzənnəsini 1.0498 səviyyəsi ətrafında saxlayır. Baxmayaraq ki, dollar digər valyutalar qarşısında kəskin bahalaşır.

Marja.az