XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

07 Noyabr 2015 - 12:00

Dünya Bankının iqtisadçısı: “Azərbaycanda islahatlar aparılmalıdır”

 

islahat.jpg

 

Şərqi Avropanın neft ixracatçıları neftin ucuzluğu ilə bağlı çətinliklərlə üzləşib. Yerli valyutalar qiymətdən düşür, iş yerləri ixtisar olunur, aktivlər ucuzlaşır, ev təsərrüfatlarının gəlirləri azalır.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmerin zəifləyən dünya iqtisadiyyatı fonunda risklərlə bağlı tövsiyələri belədir. (Turan)

Bunun Azərbaycan kimi ölkələrə də dəxli var. çünki onların neft ixracatçıları ilə ticarət dövriyyəsi var. Bu ölkələrin çoxunda istehlak qabiliyyəti 10% azalıb.

Baş iqtisadçı hesab edir ki, valyuta məzənnələri kredit pul siyasəti ilə uyğunlaşdırılaraq korrektə edilməli, daxili inflyasiyaya nəzarət edilməlidir. Daha vacib tövsiyə isə budur: iqtisadi sabitlik üçün islahatlar imitasiya edilməməli, aparılmalıdır.