XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

10 May 2017 - 14:44

BP-də işləyən azərbaycanlılarınsayı açıqlandı

Bu ilin birinci rübünün sonuna BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 min 785 nəfər olub. Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“BP-Azerbaijan” şirkətindən Azərtac-a verilən məlumata görə, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87 faizini yerli mütəxəssislər təşkil edir. Onların bir çoxu rəhbər vəzifələrdə çalışır. Şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100 faiz yerli vətəndaşlardan ibarətdir.

İşçilərin milliləşdirilməsi planına, həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.