ABŞ-ın neft ehtiyatlarının həcminin azalması ilə bağlı yayılan xəbərlər dünya bazarında “qara qızıl”ın ucuzlaşmasına səbəb olub.
“Report”un məlumatına görə, bu gün axşam saatlarında əmtəə birjalarında “Brent” markalı neftin 1 barreli 50,17 dollara satılıb.
Bu isə günün əvvəlində qeydə alınmış qiymətlə müqayisədə 2,8% çoxdur.
Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyi aprelin 28-dən mayın 5-nə qədər davam edən hesabat həftəsində ölkənin neft ehtiyatlarının 5,3 mln. barrel azalaraq 522,5 mln. barrelə düşdüyünü bəyan edib.